ArxivSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İranla Türkiyə qazın ixracı ilə bağlı müqaviləni daha 25 il uzadıblar

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İrana səfəri çərçivəsində iki ölkə arasında uzunmüddətli əməkdaşlığa dair hərtərəfli sənəd imzalanıb.

İran mətbuatına istinadən xəbər verir ki, İran və Türkiyə prezidentlərinin görüşündən sonra iki ölkə arasında müxtlif sahələri əhatə edən uzunmüddətli əməkdaşlığa dair hərtərəfli sənəd imzalanıb.

Tərəflərin imzaladğı sənədlər arasında enerji sahəsində əməkdaşlıq da yer alıb. Mehr-in məlumatına görə tərəflər qazın ixracı ilə bağlı müqaviləni daha 25 il uzadıblar. Qeyd edək ki, Türkiyə prezidenti bundan öncə İslam İnqilabının Ali lideri Ayətullah Seyid Əli Xamenei ilə görüşüb.

Ayətullah Xamenei bu görüşdə iki ölkə əlaqələrinin hazırkı vəziyyətinin potensialdan aşağı olduğunu bildirib və əlaqələrin genişləndirilməsini istəyib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button