İranlı Ayətullah: Azərbaycanın bütün ərazilərinin işğaldan azad edilməsini arzulayıram

Azərbaycanın bütün ərazilərinin işğaldan azad edilməsini arzulayıram.
qafqaz.ir Trend-inistinad xeber görə, bunu iranlı din alimi, Ayətullah Seyid Cavad Mərəşi Təbrizi öz müraciətində deyib.
İranlı ayətullah bildirib ki, Allaha şükürlər olsun ki, Azərbaycan əraziləri, Dağlıq Qarabağ işğaldan azad edilməkdədir. Bu məqsədlə həm Azərbaycan dövlətini, həm də Azərbaycan xalqını təbrik edirəm.
Ayətulla Mərəşi Təbrizi əlavə edib ki, bütün beynəlxalq qanunlara əsasən Dağlıq Qarabağ və ətrafındakı ərazilər Azərbaycanın torpağıdır və Azərbaycana qaytarılmalıdır:
“Hamı bilir ki, dünyanın hər bir yerində azərbaycanlılar Dağlıq Qarabağın azad edilməsini istəyirlər. Bütün din alimləri işğal olunmuş Azərbaycan ərazilərinin geri qaytarılması üçün əl-ələ verərək birləşməlidir”.
Ayətulla Mərəşi Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi uğrunda canını qurban vermiş şəhidlərə rəhmət diləyib.
İranlı din xadimi qeyd edib ki, hal-hazırda cəbhə bölgəsində ərazilərin azad edilməsi uğrunda döyüşən Azərbaycan əsgərlərinə uğurlar arzulayıram:
“Mən Azərbaycandan son qələbəni gözləyirəm. Allahdan Azərbaycanın qələbəsini diləyirəm və ümid edirəm ki, tezliklə bu sevindirici xəbəri mənə verəcəksiz” .