ArxivXəbər lentiXəbərlər
İranlı deputat: “Azərbaycanın ərazi bütövlüyünə hörmət olunmalıdır”

“Ermənistan ordusu işğal altında olan Azərbaycan ərazilərini tərk etməlidir”.Bunu APA-ya İran İslam Şurası Məclisinin Urmiyadan olan üzvü Nadir Qazipur deyib. O bildirib ki, Azərbaycan müstəqil ölkədir və Ermənistan bu ölkənin ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır: “Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması qəbuledilməzdir, buna son verilməlidir. Hər iki ölkə bir-birinin ərazi bütövlüyünə hörmətlə yanaşmalıdır”.N. Qazipur deyib ki, İran hər iki ölkə ilə qonşudur və əlaqələri var: “İran danışıqlara qatıla və münaqişənin həllinə yardım edə bilər. Müharibə problemin həlli deyil”.Ermənilərin atdığı bir neçə top mərmisinin Şərqi Azərbaycan ərazisinə düşməsinə münasibət bildirən N. Qazipur deyib ki, İran qeyri-sabitliyin və təhlükənin ərazisinə keçməsinə icazə verməyəcək. |