AktualAktualFatimi yaşayişIslammədəniyyatSONXƏBƏRLƏRXəbər lentiXəbərlər
Azərbaycanda müqəddəs Ramazan ayı “Hicab ayı” elan edildi FOTO

Azərbaycanda İslam atrubutlarına qarşı münasibəti nəzərə alaraq cari ilin müqəddəs Ramazan ayı “Hicab ayı” elan olunub.
Qafqaz.ir xəbər verir ki, belə bir qərar bir sıra ruhanilərin 9 aprel 2021-ci il tarixli konfransında qəbul olunub.
Müqəddəs Qum şəhərində baş tutan tədbirdə Azərbaycanda rəsmi sənədlərdə hicabın qanunsuz qadağasının ləğvi tələb olunub. Konfrasın sonunda ölkədə yaranmış vəziyyətlə bağlı iştirakçılar tərəfindən bəyanat qəbul olunub. Bəyanatda deyilir:
“Bismillahir Rəhmanir Rəhim*
وَلْتَكُنْ مِنْكُمْ أُمَّةٌ يَدْعُونَ إِلَى الْخَيْرِ وَيَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنْكَرِ ۚ وَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ
“İçərinizdə (insanları) yaxşılığa çağıran, xeyirli işlər görməyi əmr edən və pis əməlləri qadağan edən bir camaat olsun! Bunlar (bu camaat), həqiqətən, nicat tapmış şəxslərdir”. (Ali İmran/104)
Əziz müsəlman bacı və qardaşlar! Bildiyiniz kimi Əhli-Beyti (əleyhimussalam) sevən müsəlmanların yaşadığı Azərbaycanda möminə ana-bacılarımızın rəsmi sənədlərdə hicabla şəkil çəkdirilmələri qadağandır. Belə bir şəraitdə, biz bir qrup azərbaycanlı ruhanilər qanunsuz hicab qadağasının tamamilə aradan qaldırılması istiqamətində lazım olan addımların atılması üçün mübarək Ramazan ayını *“Hicab ayı”* elan edirik.
Əziz, qeyrətli müsəlman bacı və qardaşlar! Sizdən bu mübarək ayda Azərbaycanda qanunsuz hicab qadağasının aradan qaldırılması məqsədilə sosial şəbəkələrdə, həmçinin mümkün olan hər yerdə lazımi addımların atılmasını xahiş edirik.
Bu sahədə görə biləcəyiniz işlər barəsində praktiki təkliflərinizi gözləyirik.
Vəssələmu ələykum və rahmətullahi və barakətuh
09.04.2021.
#Ramazan_hicab_ayı
#RəsmiSənədlərdəHicabaAzadlıq
Hicaba dəstək kanalına üzv olmağı unutmayın
Telegram kanalı:
https://t.me/Hicab_az
Facebook səhifəsi:
https://www.facebook.com/hicab.az313
YouTube kanalı:
https://www.youtube.com/channel/UCysDQEwLNf3Ygk74OJR5oNg
WhatApp Əlaqə nömrəsi:
+79268191117”.