İranlı general: “Suriyaya gələcək amerikalı əsgərlər özləri ilə tabut gətirsinlər”

General Qəssam Süleymani isə Suriyaya düşəcək hər bir raket qarşılığında Təl-Əvivin vurulacağı ilə Qərbi hədələyib.
Livanın Hizbullah təşkilatı Suriyaya hərbi müdaxilənin baş verəcəyi təqdirdə buna qarşılıq verməyə hazır olduqlarını açıqlayıb. Baş nazir Nəcib Mikati hökumətində Hizbullahı təmsil edən Əl-Hac Həsən “Əl-Məyadin” telekanalına müsahibəsində deyib ki, Suriyaya hər hansı bir hücum dərhal cavablandırılacaq.
Bu arada İranın “əl-Qüds” adlı elit xüsusi qüvvələr komandanı general Qəssam Süleymani isə Suriyaya düşəcək hər bir raket qarşılığında Təl-Əvivin vurulacağı ilə Qərbi hədələyib. O, həmçinin bildirib ki, NATO-nun Suriyaya qarşı hərbi əməliyyat planı uğursuzluqla nəticələnəcək və bu əraziyə ayaq basmağı düşünən amerikalı əsgərlərin özləri ilə tabut gətirmələri tövsiyyə olunur.
İsrailin “Naharnet” xəbər portalının məlumatına əsasən, sionist rejimin ordusu artıq çərşənbə günündən etibarən şimal bölgələrinə “Patriot” RƏM sistemini yerləşdirib.