İranlı güləşçilər Bakıda keçirilən güləş üzrə “Qızıl Qran-Pri” turnirində
Bakıda keçirilən Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran-Pri” beynəlxalq turnirinin final mərhələsinə bu gün iranlı idmançıların iştirakı ilə start verilib.
Heydər Əliyev adına idman kompleksində keçirilən və dünyanın 31 ölkəsinin rəqabət apardığı bu beynəlxalq turnirdə Yunan-Roma güləş növü üzrə keçirilən yarışlarda idmançılar Azərbaycan Respublikası, Gürcüstan, Qırğızıstan, Macarıstan, Türkiyə və Norveçli güləşçilər ilə mübarizə aparmalı olacaqlar.
Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə 6-cı “Qızıl Qran-Pri” beynəlxalq turnirin final mərhələsi noyabrın 24-nə kimi davam edəcək.
Sərbəst güləş növündə mübarizə aparacaq iranlı pəhləvanlar isə bazar günü, noyabrın 24-də elə bu stadionda öz rəqibləri ilə qarşılaşacaqlar.