ArxivXəbər lentiXəbərlər

İranlı parlamentar: “Üçüncü qüvvələr Azərbaycanla əlaqələrimizə zərbə vura bilməz”

“Azərbaycan və İran  müştərək din və mədəniyyətə sahib iki qonşu ölkədir. Əməkdaşlığı inkişaf etdirmək üçün iki ölkə arasında geniş potensial var”.

Bunu İran parlamentinin Xarici siyasət və milli təhlükəsizlik komissiyasının sözçüsü Əli Nəcəfi APA-nın Tehran müxbirinə açıqlamasında deyib.

Ə. Nəcəfi xatırladıb ki, iki ölkənin uzun sərhədi var: “Nəqliyyat, tranzit və enerji sahəsində əməkdaşlıq üçün geniş imkanlar mövcuddur. Hazırda iki ölkə arasında ikitərəfli və regionlar əməkdaşlığın səviyyəsi yaxşıdır”.

Ə. Nəcəfi Azərbaycanın Qafqazda İran üçün önəmli ölkə olduğunu vurğulayıb: “Bu gün düşünürəm ki, iki ölkə arasında münasibətlərin kökü və əsası qurulub və çox möhkəmdir. Üçüncü qüvvələr  əlaqələrimizə  zərbə vura bilməz”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button