ArxivXəbər lentiXəbərlər

İranlı rejissorun filmi Fransada beynəlxalq festivalda nümayiş olunacaq

İranın tanınmış rejissoru Əlirza Məhəmmədinin çəkdiyi “Rza” filmi Fransada “Belfort” beynəlxalq film festivalında nümayiş olunacaq. Lakin rejissoru Fransaya buraxmayıblar.

AZƏRTAC xəbər verir ki, Ə.Məhəmmədi viza üçün Fransanın Tehrandakı səfirliyinə müraciət edib. Lakin bütün sənədlərin qaydasında olmasına baxmayaraq səfirliyin konsulluq bölməsi rejissora viza verməyib. Fransa səfirliyi rejissora viza verilməməsinin səbəbini də izah etməyib.

Xatırladaq ki, “Belfort” beynəlxalq film festivalı noyabrın 17-dən 25-dək davam edəcək. İranlı rejissor Fransaya gedə bilməsə də onun filmi festivalda nümayiş olunacaq.

Film bir ailənin faciəsindən bəhs edir. “Rza” filmi San-Paulo, Hanoy və Mumbaidə keçirilən film festivallarına təqdim edilərək mükafat qazanıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button