İŞİD İsrail uğrunda “şəhid” verir: təkfirçilər Rəfəhdəki terror aktının məsuliyyətini üzərinə götürdü

İŞİD terror qruplaşması Fələstin İslam Müqaviməti Hərəkatı HƏMAS-ın komandanlarından birinin şəhid olması ilə nəticələnən Qəzzə zolağı ilə Misir sərhədində Rəfəh keçidindəki terror aktının məsuliyyətini üzərinə götürüb.
Ötən gecə bir terrorçu Misir sərhədi yaxınlığında Rəfəhdə yoxlama-keçid məntəqəsində üzərindəki partlayıcı qurğunu işə salıb. Nəticədə İzəddin Qəssam batalyonlarının komandanlarından biri Nəzal əl-Cəfəri şəhid olub və bir neçə nəfər də yaralanıb.
Fələstin İnformasiya Mərkəzinin məlumatına görə, İŞİD-in Misirdəki qolu cümə axşamı gecə bir bəyanatda Rəfəh keçidindəki terror aktının məsuliyyətini üzərinə götürərək bildirib: Bu əməliyyatı Mustafa Kilab həyata keçirib. O Sina səhrasında İŞİD sıralarına qoşulmaq niyyətində idi.
Qəzzə zolağı bir dekadadn artıqdır ki, sionist rejimin mühasirəsi altındadır. Rəfəh keçidi də Qəzzə əhalisinin kənarla yeganə əlaqə yoludur. Və o da bir çox hallarda bağlıdır. Misir sionist rejimin məqsədləri çərçivəsində fələstinlilərə təzyiq göstərmək məqsədilə Rəfəh sərhəd keçidini həmişə bağlı saxlayır.