ArxivXəbər lentiXəbərlər

İraq dövləti Azərbaycan vətəndaşlarının ziyarət işini asanlaşdırdı

hər bir Azərbaycan vətəndaşı İraq Respublikasının Azərbaycandakı səfirliyinə müraciət edərək, fərdi şəkildə ziyarət vizası ala bilərlər.

Qafqaz.ir-nın Maide.az-a istinadla verdiyi xəbərə görə, hər il minlərlə Azərbaycan vətəndaşı İraqdan yerləşən müqəddəs yerləri ziyarət edir. Bir qayda olaraq ziyarətlər ayrı-ayrı şirkətlər tərəfindən həyata keçirilirdi. Bu isə bəzən müəyyən çətinliklər yaradır, keçid məntəqələrində növbəyə səbəb olurdu. Sözügedən problemi həll etmək və zəvvarların işini asanlaşdırmaq üçün İraqın Azərbaycandakı səfirliyi müəyyən güzəştlər edib.

İraq Səfirliyinin mətbuat xidmətindən bildirilib ki, artıq İraq Respublikası baş nazirinin qərarına əsasən, Azərbaycan vətəndaşları İraq Respublikası Daxili İşlər Nazirliyinin razılığı olmadan İraqdakı müqəddəs yerləri ziyarət edə bilərlər.

Səfirlikdən bildirildi ki, hər bir Azərbaycan vətəndaşı İraq Respublikasının Azərbaycandakı səfirliyinə müraciət edərək, fərdi şəkildə ziyarət vizası ala bilərlər və səfirə bu səlahiyyət verilib. Müqəddəs yerləri qrup şəklində ziyarət etmək istəyən azərbaycanlılar əvvəlki qaydada müraciət edə bilərlər.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button