İranın neft naziri Bijən Zəngənə Tehranda neft hasilatı gücünün qorunub-saxlanılması və artırılması planının üçüncü mərhələsi müqavilələrinin imzalanması mərasimində təkrar emal əmsalının artırılmasına sərmayə qoyuluşunun vacibliyini vurğulayıb və əlavə edib: “Bu mərhələdə gündəlik neft hasilatına 100 min barrel əlavə olunması üçün bir milyard 200 milyon dollar sərmayə qoyulacaq”.
Zəngənə milyardlarla dollar xərcləndiyini, Lakin hasilatın artmadığını bəyan edərək, deyib: “Sanksiyalar dönəmində neft sənayesində yaxşı təcrübələr qazandıq”.
Neft hasilatı gücünün qorunub-saxlanılması və artırılması planının üçüncü mərhələsi müqavilələri bir milyard 200 milyon dollar dəyərində neft naziri və İranın Milli Neft Şirkətinin baş direktorunun iştirakı ilə Cənubi Neft Sahələri üzrə Milli Şirkət və Dəniz Neft Şirkəti arasında imzalanıb.