ArxivXəbər lentiXəbərlər
Milli Təhlükəsizlik Naziri işdən çıxarıldı – Rəsmi

Azərbaycan Prezidenti İlham Əliyev milli təhlükəsizlik nazirinin vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.
AzadXeber.az məlumat verir ki, sərəncamda deyilir:
“Eldar Əhməd oğlu Mahmudov Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsindən azad edilsin”.
Qeyd edək ki, vəzifəsindən azad olunan nazirin yerinə kimin təyin olunduğu haqda sərəncam hələ ki, açıqlanmayıb.
General-polkovnik Eldar Mahmudov prezidentin 23 iyul 2004-cü il tarixli sərəncamı ilə milli təhlükəsizlik naziri vəzifəsinə birbaşa polis orqanlarından təyinat almışdı.