ArxivXəbər lentiXəbərlər

İraqda öldürülən azərbaycanlı İŞİD-çilərin pasportları -FOTO

İraqın İŞİD-dən azad edilmiş Təlafər şəhərində öldürülən azərbaycanlı terrorçuların pasportlarını əks etdirən fotolar yayılıb.

Musavat.com-un eastnews.org-a istinadən verdiyi xəbərə görə, cərgə ilə düzülmüş fotolarda şəxsiyyət vəsiqələri ilə birgə xarici vətəndaş pasportlarının da olduğu görünür. 30-a yaxın İŞİD-çinin sənədinin əks olunduğu fotolarda bəzilərinin adlarının oxunması çətin olsa da anadan olduqları yerlərin – Qubadlı, Sumqayıt, Oğuz, Ağdam və Xaçmaz şəhərlərinin adlarını oxumaq mümkündür.

Xatırladaq ki, İraqın təhlükəsizlik qüvvələri Təlafər şəhərinin azad olunması zamanı 2000-dən çox İŞİD silahlısını məhv edib. Bu barədə İraq ordusunun bəyanatında bildirilir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button