İranın İRNA xəbər agentliyi Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilən Cəbrayıl rayonuna səfəri ilə bağlı material yayıb.
Qafqaz.ir xəbər verir ki, materialda Prezident İlham Əliyevin Araz çayının sahili ilə, tarixi Xudafərin körpüsünün yanından keçərək işğaldan azad edilən Cəbrayıl şəhərinə getdiyi qeyd olunub.
Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev Cəbrayıl rayonunun tam bərpa olunacağını bəyan edib. Bildirib ki, ermənilər Cəbrayıl rayonunu işğal etdikdən sonra buranı darmadağın ediblər. Lakin Azərbaycan dövləti yalnız Cəbrayıl rayonunu deyil, işğaldan azad olunan bütün rayonları bərpa edərək orada müasir infrastruktur yaradacaq.
Materialda Prezident İlham Əliyevin “Azərbaycan-İran sərhədi dostluq sərhədi olacaq” sözləri xüsusi vurğulanıb.