Hicab qadağasına etiraz edən islamçıların həbsindən 3 il ötür

Azərbaycan Respublikası məktəblərində hicab qadağasına görə Prezident İlham Əliyevi sərt tənqid etdiyinə görə həbs olunmuş İslam Partiyasının sədri Dr. Möhsün Səmədov və partiyanın digər 3 funksionerinin həbsindən 3 il ötür.
Partiyanın 2 yanvar 2011-ci il tarixində keçirilən Baş Məclisində hökumətin siyasətini sərt şəkildə tənqid edən AİP lideri və partiya mənsubları iclasdan beş gün sonra yol hərəkətinin pozulması maddəsi ilə saxlanılmışdılar.
8 yanvarın 2011-ci il tarixində Nərimanov Rayon Məhkəməsi Vaqif Abdullayevə 15, Dr. Möhsün Səmədova və Elçin Həsənova 13, Mirhüseyn Kazımova isə 11 sutka iş verdi. Onlar yol polisinin qanuni tələbinə tabe olmamaqda təqsirli bilinirdilər. Göstərilən həbs müddətləri başa çatdıqdan sonra isə digəriləri azad edilməklə yanaşı Dr. Möhsün Səmədov və Vaqif Abdullayevə Cinayət Məcəlləsinin dövlət çevrilişi maddələri ilə əlavə ittiham irəli sürüldü.
2012-ci ilin iyul ayının 12-də ayında həbsdə olan Hacı Vaqif Abdullayev şəhid edilmişdir.
Nahaq yerə uzun müddət həbsə salınmış Dr. Möhsün Səmədova isə Azərbaycan Respublikasının Mandellası ləğəbi verilib.
sahartv