Qafqaz.ir-un verdiyi xəbərə görə, İranın Qərbi Azərbaycan vilayətində 3 casusluq şəbəkəsinin və 3 terror qruplaşmasının məhv edildiyi açıqlanıb.
“Mehr” xəbər agentliyinə danışan Qərbi Azərbaycan vilayəti Kəşfiyyat İdarəsinin rəsmisi bölgədəki son əməliyyatlar barədə açıqlama verib.
Açıqlamada “Son 2 ayda aşkarlanan 3 casusluq şəbəkəsinin bütün üzvləri nəzarətə alınıb. Həmçinin İŞİD və sələfi 3 terror təşkilatı məhv edilib”, – deyə bildirilib.