“Mədəniyyət Nazirliyi işğaldan azad edilmiş ərazilərdə tarixi və mədəniyyət abidələrinin bərpa işləri ilə bağlı strategiya hazırlayır”.
bunu mədəniyyət naziri Anar Kərimov bu gün keçirilən brifinqdə deyib.
O bildirib ki, ilk olaraq bərpa işləri Şuşa şəhərindən başlanılacaq: “Çünki Şuşa şəhərində minalar, demək olar ki, yoxdur. Ondan sonra isə Ağdam, Cəbrayıl, Füzuli və digər yerlərdə də bərpa işlərinə başlanılacaq”.