ArxivNardaranXəbər lentiXəbərlər

Təbrizin nümayəndəsi: İran diplomatiyasıAzərbaycan Respublikasının anti-İslam hərəkətləri qarşısında fəal olmalıdır

Təbriz, Azərşəhr və Üskü əhalisinin İslami Şura Məclisində nümayəndəsi: “Sionist rejimin rəsmiləri İslam ədəb və dəyərlərini məsxərəyə qoyurlar, İslam dininə ağız büzürlər. Bununla belə Azərbaycan Respublikası rəsmiləri onlara qucaq açırlar”.
Qafqaz Mədəniyyət Mərkəzi–Məhəmməd İsmayıl Səidi Azərbaycan Respublikası dövlətinin bu ölkədə müsəlmanlara qarşı təzyiqlərindən söz açaraq deyib: “Məncə, ölkəmizin diplomatik aparatı bu barədə daha aktiv fəaliyyət göstərməlidir”.
Səidi ölkələrdə diplomatiyanın bir hissəsinin aşkar, bir hissəsinin də gizli olmasını izah edərək vuruulayıb: “İran İslam Respublikasının gizli diplomatiyası fəal olmalıdır”.
Təbriz, Azərşəhr və Üskü əhalisinin İslami Şura Məclisində nümayəndəsi bu məsələ ilə qarşılaşmaqda ümumi diplomatiyanı da münasib vasitə hesab edərək mövcud potensiallardan lazımınca faydalanmağı istəyib.
Sionist rejim rəsmilərinin Azərbaycan Respublikasında azadcasına cövlan etmələrinə toxunan M. Səidi vurğulayıb: “Nədən bu ölkənin şiə müsəlman vətəndaşları azadcasına yaşaya bilmirlər və dini etiqadları bəhanəsi ilə zindana salınırlar?”
O, əlavə edib: “Sionist rejimin rəsmiləri İslam ədəb və dəyərlərini məsxərəyə qoyurlar, İslama ağız büzürlər, ancaq bununla belə Azərbaycan Respublikasının rəsmiləri onlara qucaq açırlar”.
İslami Şura Məclisinin nümayəndəsi qeyd edib: “Azərbaycan Respublikasının müsəlmanları dövlətə qarşı heç bir hərəkət etmədən, yalnız müsəlmanların vəhdətinə inandıqları üçün zindana salınırlar və onların rəhbərlərinə ömürlük həbs cəzası verilir”.
İslami Şura Məclisinin Mədəniyyət Komissiyasının üzvü Azərbaycan Respublikasının dövlət adamlarının anti-İslam hərəkətini onların sionist rəsmiləri qarşısında xoşrəqsliyi adlandıraraq vurğulayıb: “Azərbaycanın dövlət rəsmiləri bilsinlər ki, gələcək belə olmayacaq və xalq öz dəyərlərini və etiqadını qorumaq üçün heç kimə bac verməyəcək. Xalqın qəzəbinin sizin yaxanızdan yapışacagı gündən qorxun”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button