ArxivXəbər lentiXəbərlər

İŞİD-ə qoşulan azərbaycanlıya hökm oxundu – 9 il

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İŞİD və digər terror təşkilatlarının tərkibində döyüşməkdə təqsirləndirilərək həbs edilən Nicat Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Qafqaz.ir-in Trend-ə istinadən məlumatına görə, hakim Mail Bayramovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə N.Əhmədov 9 il azadlıqdan məhrum edilib.

İttihama görə, N.Əhmədov 2015-ci ilin iyunun 21-də Suriya və İraq ərazilərində qanunsuz silahlı birləşmələrin fəaliyyətində iştirak etmək məqsədilə Türkiyəyə, oradan isə Suriyaya gedib. N.Əhmədov həmin il dekabrın 4-dək İŞİD terror təşkilatının tərkibində radikal dini və hərbi təlimlər keçib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button