ArxivXəbər lentiXəbərlər
İŞİD-ə qoşulan çeçenlərin respublikaya girişinə qadağa qoyulacaq

«İlk öncə onu qeyd etməliyəm ki, ictimaiyyət artıq nəinki Suriya, ya İraqa gedəni, hətta bu şeytanları mənəvi cəhətdən dəstəkləyənlər belə ciddi şəkildə qınayır. İŞİD sıralarına qoşulanların sayı kəskin azalıb, hətta yox səviyyəsindədir». FaktXəbər-in verdiyi məlumata görə, Çeçenistan prezidenti Ramzan Kadırov özünün «Vkontakte» səhifəsində yazıb. Onun sözlərinə görə, bununla belə bu terror təşkilatı mövcud olduğu müddətdə tədbirlər hələ də qüvvədə qalır.
“Bu keçirilmiş iclasda biz qərara gəldik ki, İŞİD-i seçən şəxslərin Çeçenistana dönməsi üçün yol bağlı olmalıdır və olacaqda. Əgər onlar döyüşməyə qərar veriblərsə, qoy elə orada döyüşüb ölsünlər, Çeçenistana onlar lazım deyil”, deyə Kadırov bildirib.
Qeyd edək ki, iyulun 15-də Ramzan Kadırov region ərazisində İŞİD terror təşkilatının bazasının hətta «iyinin» belə olmayacağını demişdi.