MOSSAD-ın İranda etiraz aksiyalarının keçirilməsində iştirakını sübut edən səs yazısı ortaya çıxarılıb.
Tehranın yaydığı səsyazısında MOSSAD nümayəndəsi ilə iranlı müxalif Ruhullah Zeiminin söhbəti yer alıb. Belə ki, farsca aparılan danışıqlarda MOSSAD nümayəndəsi Zeimidən televiziya qurmasını və İran əleyhinə yayım həyata keçirmələrini istəyir. Zeimi isə bu təklifi qəbul edir və Avropadakı İran əleyhdarlarını öz yanında topladığını bildirir.
İran tərəfinin iddiasına görə, bu danışıqlar Teleqram sosial şəbəkəsi vasitəsilə aparılıb. Məlum səsyazısının Rusiya kəşfiyyatı tərəfindən Tehrana ötürüdüyü iddia olunur.
Qeyd edək ki, bundan öncə İran ölkədəki etirazçıların Teleqram vasitəsilə toplandığına dair iddialar səsləndirmişdi.
Qurban Cəbrayıl, Facebook