ArxivXəbər lentiXəbərlər
İŞİD-çilər imiclərini dəyişir: sırğalı, saçı uzun…

Terror təşkilatı İŞİD öz üzvlərinə təhlükə anında xarici görünüşlərini dəyişməklə bağlı təlimat verib.
İŞİD terror qruplaşmasının rəhbərliyi terrorçulardan sırğa taxıb saç uzatmağı, xarici musiqi dinləməyi, əllərində moda, kino və səyahət kimi nəşrlər gəzdirməyi, həmçinin, mövsümə uyğun idman forması geymələrini istəyib.
Terrorçulara şübhə və diqqət yaratmamaq üçün əyləncə məkanlarında olmaları da tapşırılıb.
Təlimatların təşkilatın lideri Əbubəkir Bağdadinin ən yaxın adamları tərəfindən verildiyi bildirilir.
Qeyd edək ki, İŞİD-çilər bığsız, uzun saqqal və ətəyi bir qədər gödək şalvarlarla dərhal tanınırlar./axar/