ArxivXəbər lentiXəbərlər
İŞİD-də qoşulan azərbaycanlı yeniyetmə Suriyada ələ keçib

Vaxtilə İŞİD terror təşkilatına qoşulan azərbaycanlı yeniyetmə “ən-Nusra Cəbhəsi”nə əsir düşüb.
İslaminSesi.info bu barədə Suriya mətbuatına istinadla xəbər verir.
Əlqaidə terror təşkilatının Suriya qolu “ən-Nusra Cəbhəsi”nə (yeni adı Heyət Təhrir-Şam) yaxın media mənbələri və fəallar sosial şəbəkələrdə əsir götürülmüş bir qrup İŞİD üzvlərinin görüntülərini yayımlayıblar.
Həma əyalətinin Rajhan bölgəsində iki terror təşkilatı arasında gedən döyüşlər zamanı əsir düşən çoxsaylı İŞİD-çilərin əksəriyyətini əcnəbilər təşkil edir.
Görüntülərdən bəlli olur ki, əsir düşən İŞİD-çilər arasında Əbu-Yusif ləqəbli azərbaycanlı bir yeniyetmə də var.