İstanbulda “İmam Əli” məscidinin işığı yenidən kəsilib
İslamazeri.az-ın xüsusi müxbirinin verdiyi xəbərə görə, İstanbulda Bağcılar rayonunda “İmam Əli” adında olan məscidin işığı kəsilib. Buna etiraz olaraq çox sayda müsəlman məscid önünə cəm olublar. Onlar Dövlətin Dini İşlər idarəsinin şiə məscidlərini özünə bağlama istəyinə etiraz edərək məscidin də işığının söndürülməsini bununla əlaqələndiriblər. Qeyd edək ki, Türkiyə Diyanəti (Dini İşlər idarəsi) bir müddətdirki “İmam Əli (ə)” məscidini özünə bağlamaq üçün müxtəlif addımlar atmaqdadır. İyul ayında bu rayonun müftisi “Ya bizə bağlanacaqsız, ya da İrana köçün” deyərək ölkədə dini-məzhəbi ayrıseçkiliyə imza atmışdı. İstanbulda şiələr İmam Əli (ə) məscidinin işığının kəsilməsinə etiraz etdilər (Foto)