Deyr əz-Zorun hərbi hava limanı İŞİD-in terror hücumuna məruz qalıb.
qafqaz.ir İslamazeri.com -a istinadla xəbər verir ki, İŞİD-in çeçenistanlı üzvü Rusiya ordusunun hərbi geyimini geyərək hava limanının nəzarət buraxılış məntəqəsinə yaxınlaşıb. Suriyalı əsgərlərə özünü rus ordusunun hərbçisi kimi təqdim edən terrorçu içəri keçməyə nail ola bilib. Üzərində gəzdirdiyi minanı bir qrup suriyalı hərbçinin yanında işə salan kamikadze məqsədinə nail ola bilib.
Sui-qəsd hücumunda bir suriyalı əsgər həlak olub, iki əsgər yaralanıb.