İŞİD terror qruplaşmasının liderlərindən biri olan Əbu Umar Əş-Şişani (Tərxan Taymurazoviç Batiraşvili) ötən həftə aldığı yaradan keçinib. APA-nın CNN-ə istinadən verdiyi xəbərə görə, bu məlumat iki amerikalı məmur tərəfindən təsdiqlənib.
Mənbələrin məlumatına görə, Əş-Şişani ABŞ-ın martın 4-də Suriyanın Əş Şəddadi şəhəri yaxınlığına endirdiyi hava zərbəsi nəticəsində yaralanıb.
Məlumata görə, Əbu Umar Əş-Şişani aöır yaralandıqdan sonra bir neçə gün koma vəziyyətində olub.