İŞİD lideri Əl-Bağdadinin ən kiçik oğlu Suriyada öldürülüb

Məlumatı İraq və Britaniya mətbuatı yayıb.
“İslaminSesi” əlAləmə istinadən bildirir ki, Britaniyaya məxsus “Daily Mail” qəzeti terror təşkilatının lideri Əl-Bağdadinin ən kiçik olğulun ölüm xəbərini yayıb. Qəzetin bildirdiyinə görə sözü gedən hadisə, İŞİD liderinin digər oğlunun ölümündən bir neçə ay sonra baş verib. Liderin oğlu Suriyada teroristlərlə aparılan mübarizə zamanı qətlə yetrilib.
İraqlı zabitlərin birinin dediyinə əsasən, Bağdadinin oğlu 22 sentyabr tarixində, Suriyada bir terrorist sığınacağında hava hücumu zamanı öldürülüb. Həmçinin zabit bildirib ki, sözü gedən fərd, Rusiya hava qüvvələrinin bombardımanı zamanı öldürülüb.
“Həşdu-Şabi” zabitlərindən olan Cəbbar Əl Mamuri, “Vaii” İraq xəbər agentliyinə müsahibəsində deyb: “Bizdə olan məlumata əsasən İŞİD, iki gün əvvəl Suriyada bir kənddə Rusiya təyyarələrinin hava hücumları zamanı, Bağdadinin ən kiçik oğlunun ölüm xəbərini təsdiqləyib.”