ArxivXəbər lentiXəbərlər
İŞİD lideri saqqalını qırxıb Türkiyədən keçdi/foto

Paytaxt Afinadakı qaçqın düşərgələrinə gəmilərlə getmək üçün Yunanıstanın İstanköy (Kos) adasında gözləyən miqrantlar arasında İŞİD terror təşkilatının sui-qəsd qrupunun lideri Lait Əl-Salehin də olduğu ortaya çıxıb.
Qafqaz.ir publika.az-a istinadən xəbər verir ki, bu barədə Yunanıstanın “tribune.gr” və “defencenet.gr” xəbər saytları yazıb.
Saytlar Əl-Salehin İstanköy limanında gözləyərkən və Suriyadakı müharibədə çəkilən fotoşəkillərini dərc edib. Xəbər Yunanıstanda böyük əks-səda doğurub. İddiya görə, Saleh Türkiyəyə daxil olduqdan sonra avtobusla Bodruma gəlib, burada isə 1000 dollar ödəyərək qayıqla İstanköy adasına keçib.
“Azad Suriya Ordusunun tərkibində döyüşdükdən sonra İŞİD-ə qatıldım. İŞİD-ə qatılaraq Hələb yaxınlığında xeyli sui-qəsd təşkil etdim”, – xəbərsə Salehin sözlərinə yer verilib.