İŞİD Ömər Şişaninin öldürülmə xəbərini təsdiqlədi

İŞİD terror qruplaşması İŞİD-in tanınmış çeçen komandiri Ömər Şişaninin ölüm xəbərini nəhayətki təsdiqləyib
İslamazeri.az-ın “Əl Aləm”-ə istiadən verdiyi xəbərə əsasən, qruplaşmalara bağlı medialar, Ömər Şişaninin Mosulun cənubunda öldürüldüyü xəbərini təsdiqləyib.
Qeyd edək ki, rəsmi Vaşinqton Şişaninin, Suriyanın şimal-şərqində ABŞ qüvvələri tərəfindən öldürüldüyünü bildirmişdi.
Ömər Şişani kimdir?
Taha Dağlı İŞİD terror təşkilatının yüksək rütbəli komandirlərindən biri olan Ömər Şişaninin Gürcüstanda ABŞ tərəfindən xüsusi olaraq yetişdirildiyi və Suriyaya göndərildiyi həqiqətlərini qələmə almışdı:
“Kod adı Ömər Şişani, əsl adı Tarkan Baturaşvili. O, İŞİD-in ən önəmli əmirlərindən biri idi. Terror təşkilatının Türkiyə sərhədi xəttindəki bölgələr üzrə məsul şəxsi olub, xüsusən də Hələbdən. Əslən çeçen olan Tarkan Gürcüstan ordusunda əsgər idi. 2008-ci ildə Osetiya müharibəsində ruslara qarşı gürcü ordusunun ən güvəndiyi adlardan biri olub. Çox istedadlı əsgər kimi döyüş texnikalarını yaxşı bilirdi. Gürcülər onu Qafqazın Rembosu adlandırırdı. Suriyadakı fəaliyyəti İŞİD-dən əvvələ söykənir. 2011-ci ilin ortalarından etibarən Suriyaya getdi. Sonra İŞİD ortaya çıxdı və onlara qatıldı. Adı Tarkandır, amma çeçen əsilli olmasına görə “Çeçeni” sözünü xatırladan Şişani olaraq adlandırılıb. Qısa müddətdə terror təşkilatının ən önəmli komandiri oldu. Başda Hələb olmaqla, Türkiyə sərhədindəki bir çox bölgə ona tapşırıldı. İki il əvvəl Suriyadakı ən mühüm hava bazalarından biri olan Menaq hava bazasını ələ keçirmişdi. Keçən il öldüyü xəbərləri gəldi. Hətta İŞİD-in şəxsən onu edam etdiyi belə deyildi. Şişani ilə bağlı bir çox əfsanə dolaşır. Ancaq indi yazacağım əfsanə deyil, şəxsən onun komandanlığını etmiş Gürcüstan Müdafiə Nazirliyinə bağlı, adını açıqlamayan, yüksək rütbəli əsgərə aid sözlərdir. O, Tarkanın və ya kod adı ilə Şişaninin Gürcüstanda xüsusi olaraq ABŞ tərəfindən yetişdirildiyini bildirib.
Şişani 2006-cı ildə Gürcüstan ordusuna xidmətə gedib. Orada o xüsusi təlim keçib. İstedadları məlum olurdu və onu daha yaxşı döyüşçü edən təlimi amerikalılar verdi. Amerikalılardan aldığı hərbi təlimlə İraqa getməsi gündəmə gəldi. İraqda Amerika əsgərləri ilə birlikdə çıxış edəcəkdi. Ancaq 2008-ci ildə Osetiya müharibəsində iştirak etdi. İraq layihəsi arxa plana salındı. Çünki Amerikanın xüsusi olaraq yetişdirdiyi Şişani Osetiya müharibəsində ruslara qarşı lazım idi. Amerikanın tərbiyə etdiyi Şişani 2008-ci ildə vəhhabi məscidlərinə istiqamətləndirilib və orada radikal qruplarla tanış olub. Sonra isə Suriyaya gedib, terrorçuluğa başlayıb. İŞİD ortaya çıxanda da onların sırasına qoşulub. ABŞ təkcə onu deyil, Qafqazda yüzlərlə adama xüsusi təlimlər verib. Şişani kimi Amerikanın yetişdirdiyi ən azı 200 Qafqaz mənşəli döyüşçünün hazırda Suriyada İŞİD cərgələrində olduğu məlumdur. İndi Amerikalılara bu haqda sual versən, “Biz onu Gürcüstan üçün yetişdirdik, nə bilək sonradan Suriyaya gedib, İŞİD-ə qoşulacaq” deyərlər. Halbuki ortadakı faktlar var və bu barədə danışan şəxslər nəzarətdən çıxmış hər hansı vəziyyətin olmadığını, əksinə, baş verənlərin əvvəldən sonadək xüsusi hazırlanmış layihə olduğunu deyir. Yəni ABŞ kəşfiyyatı ruslara qarşı gürcülər üçün əsgər yetişdirir. Sonra onları vəhhabi məscidləri vasitəsilə radikallaşdırır. Daha sonra isə ya İraq və ya Suriyaya yönəldir. Amerikanın İraq və Suriyada İŞİD-i himayə etdiyi cümləsi şəxsən “Peşmərgə” ordusu tərəfindən dilə gətirildi. Sadəcə peşmərgələr deyil, İran rəsmiləri də eyni sözü deyir. Hətta son olaraq Rusiya xarici işlər naziri Sergey Lavrov da “Amerika bilərək İŞİD-i bombalamır” dedi. Həmçinin İŞİD-də terror fəaliyyəti ilə məşğul olub, sonradan oradan qaçan və mediaya danışan terrorçuların da Amerikanın İŞİD-ə kömək etdiyi, döyüşçü yetişdirdiyi istiqamətində açıqlamaları var.”
Qeyd edək ki, məlumata görə, azərbaycanlı terrorçu Əbu Hafiz Azəri Ömər Şişani və Əbubəkr Şişanini Qafqazdan Suriyaya aparmışdı ətraflı.