İŞİD QAZAXSTANLI UŞAQLARI ƏKS ETDİRƏN ŞOK -VİDEO YAYIB

İŞİD insanları heyrətləndirən yeni video yayıb. Videoda Qazaxstandan olduqları iddia olunan onlarla uşaq radikalların düşərgəsində təlim görür.
Görüntülərdən məlum olur ki, yetginlik yaşına çatmamış uşaqlar burada əvvəlcə ərəbcə yazıb-oxumağı, daha sonra isə silahla, xüsusilə AK-47 avtomatlarıyla davranmağı öyrənirlər.
qafqaz.ir/az–un verdiyi xəbər görə, bu haqda Britaniyanın Daily Mail qəzeti yazıb. Nəşriyyatın bildirdiyinə görə, video İŞİD-in “Əl-Həyat Media mərkəzi” tərəfindən hazırlanıb.
Videoçarxda ərəb və qazax dilində danışılır, eləcə də rus, ərəb və ingilis subtitrlərindən istifadə olunur.
Kadr arxasındakı səs deyir: “Bizim yeni qazaxstanlı qardaşlarımızla tanış olun. Onlar əhli-səliblərin təcavüzünə cavab olaraq hicrət ediblər və sonda Allaha qayıdacaqlarını dərk edərək özlərini və övladlarını hazırlaşdırmağa tələsiblər”.
“Qardaşlar bu yaxınlarda hicrət ediblər və düşərgələrdə təlim görürlər. Onlar kafir və müşriklərlə, eləcə də fasiqlərlə vuruşmağa hazırlaşırlar”,- deyə Daily Mail qazaxstanlı döyüşçülərdən birinin sözlərini sitat gətirir.
Videoda həmçinin uşaqlara keçirilən “Quran və şəriət” dərslərindən də görüntülər var. Qazax dilində dərs keçən ustad özünün ateist metodları ilə böyüdüyünü danışır və “kafirlərin bizim zehnimizi zəhərlədiyini” deyərək Qərbi pisləyir.
Daha sonra uşaqların hərbi hazırlığı göstərilir. Ərəb dili müəlliminin sözlərinə görə, bu uşaqılar böyüdükdə zalımları devirməyə gedəcək, yer üzünü silkələyəcək və dəyərli dini dünyanın bütün regionlarına çatdıracaq.
Videonun sonunda Abdullah adlı oğlan uşağı gələcəkdə mücahid olub kafirləri öldürmək istədiyini bildirib.
Xatırladaq ki, ötən həftə Qazaxstan MTK başçısı Nurtay Abıkayev bildirib ki, İŞİD sıralarında 80 ölkə nümayəndəsi, həmçinin 300-dən çox qazaxstanlı vuruşur. Qazaxlardan yarısını qadınlar təşkil edir.
Lakin Londonun Kings College indstitutunun müəllimi doktor Andreas Kreyqin fikrincə, İŞİD-in əsas məqsədi Qazaxstan yox, İraq, Suriya, Liviya və Yəməndir.
Qeyd edək ki, “İslam Xilafətini” yaradarkən radikallar bildirmişdilər ki, 5 il ərzində onlar şərqdə Çin sərhədindən tutmuş, qərbdə İspaniyaya qədər və şimalda Qazaxstanın şimal sərhədindən cənubda Afrikanın ekvatorial rayonlarınadək olan böyük əraziləri nəzarət altına almağı planlaşdırırlar.