“İslam Dövləti” (İŞİD) terror qruplaşması dünyanın ən böyük dövləti olan Rusiyanı hədələyib.
Qafqaz.ir Reuters-ə istinadən xəbər verir ki, yaraqlıların yaydığı videoda, qruplaşmanın üzvləri tezliklə Rusiyada terror aktları törədəcəklərini bildiriblər.
Videoda terrorçular rus dilində “Tezliklə qanın su yerinə axacağını” bildiriblər.
İŞİD-in belə bir addım atmasına səbəb kimi Suriyada Bəşər Əsədə rus hakimiyyətinin dəstəyi göstərilir.