ArxivXəbər lentiXəbərlər

İŞİD təkfirçiləri Qüds məsihilərini Fitr bayramında başlarını kəsməklə təhdid etdi

İŞİD təkfirçi terrorist qruplaşması bəyaniyyə yayaraq Qüds məsihilərini Fitr bayramında başlarını kəsməklə təhdid edərək bildiriblər ki, mübarək Ramazan ayının sonunadək Qüdsü tərk etməsələr, başlarını kəsəcəklər.

Qafqaz.ir-“əl-Fəcr” xəbər agentliyinin informasiya portalına istinadən verdiyi xəbərə görə İŞİD təkfirçi terrorist qruplaşması “Facebook” ictimai şəbəkəsi üzərindən bəyaniyyə yayaraq işğal olunmuş Qüds məsihilərini Fitr bayramında başlarını kəsməklə təhdid edərək bildiriblər ki, mübarək Ramazan ayının sonunadək Qüdsü tərk etməsələr, başlarını kəsəcəklər.

Qüdsün məhəllər və küçələrində yayılmış bu bəyaniyyədə məsihilər kafir adlandırılmış və onlara mübarək Ramazan ayının sonunadək Qüdsü tərk etmələri üçün fürsət verilmişdir. İŞİD kafirləri məsihiləri təhdid etmiblər ki, şəhəri tərk etmədikləri təqdirdə Fitr bayramının günəşinin çıxmağı ilə onların başlarını kəsəcəklər.

Mişel Səbbah – Qüdsün Latın kilsəsinin yekiskopu, buna cavab olaraq dedi: İŞİD terrorçuların şərqi Qüdsdə yaydığı bəyaniyyə məsihiləri qorxutmayıb. Onlar gəlmək istəyirlərsə, gəlsinlər, biz də onları qarşılayacayıq. Biz öz vətənimizdə qalacayıq.

Səbbah bütün müsəlman və məsihilərə tövsiyə edib ki, bu bəyaniyyədən təşvişə düşməsinlər, fintə alovunu qızışdırmasınlar.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button