ArxivXəbər lentiXəbərlər

PKK 21 hərbçini öldürüb, əsir alınanlar var – Təcili

PKK-nın ötən gün Hakkari vilayətinin Dağlıca bölgəsində təşkil etdiyi bombalı hücumdan sonra Türkiyə Baş Qərargahının rəsmi məlumat yaymamasının səbəbi bəlli olub.

Qafqaz.ir  xəbər verir ki, “Sözcü” qəzetinin əldə etdiyi məlumata görə, bəzi əsgərlərin itkin düşməsi Baş Qərargahın dəqiq açıqlama yaymasını gecikdirir.

İddialara görə, terrorçular 21 əsgəri öldürüb, itkin düşən hərbçilər isə əsir alınıb.

Qeyd edək ki, terrorçular ötən gün Dağlıcada bombalı hücum təşkil edib. “Röyter” agentliyi hərbi mənbələrinə istinadən 16 hərbçinin şəhid olduğunu yazıb. Türkiyə Baş Qərargahı isə ölən və yaralanan əsgərlərin sayı ilə bağlı hələlik rəsmi məlumat yaymayıb.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button