Ərdəbil valisi bu əyalətin Azərbaycan Respublikası ilə 384 km ortaq sərhədi və 1 gömrük-keçid məntəqəsinin olmasına toxunaraq Qarabağın yenidən qurulmasında iştirak etmək üçün Ərdəbili ən uyğun əyalət adlandırıb.
Qafqaz Həqiqətləri xəbər verir ki, Ərdəbil valisi Əkbər Behnamcu cümə axşamı video-konfrans vasitəsilə İranın Azərbaycan Respublikasınadakı səfiri Seyid Abbas Musəvi ilə görüş keçirib və Qarabağda bərpa işlərinin aparılması üçün Ərdəbil əyalətindən işçi qruplarının Qarabağ bölgəsinə ezam edilməsini istəyib. Vali əlavə edib: “Ərdəbil əyalətində istehsal olan məhsullar tikinti ləvazimatının təmin edilməsində yüksək rəqabətə sahibdir. Ərdəbil işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında ciddi surətdə iştirak etməyə hazırdır və bunun üçün texniki və peşəkar qruplar təşkil olunmuşdur.”
Ə. Behnamcu bu əyalətin inşaat sahəsində, tikinti sənayesində, yol tikintisi layihələrinin icrasında, suvarma şəbəkələrinin yaradılmasında, drenaj işlərində, habelə böyük müqavilələrin həyata keçirilməsində texniki və ixtisas gücünü bənzərsiz adlandırıb. O əlavə edib: “Ərdəbildə tikinti layihələrinin icrası, yüksək keyfiyyətli tikinti materiallarını istehsalı, istehsal və istehlak bazarının yaxın olması və bunun nəticəsində malın başa gəlmə qiymətinin aşağı olması kimi üstünlüklərə diqqət etməklə, Qarabağda yenidən qurma işlərinin aparılması üçün Ərdəbil Azərbaycan Respublikası ilə əməkdaşlığı genişləndirməyə ən uyğun əyalət sayılır.”
Ərdəbil valisi İran şirkətlərinin Qarabağın yenidən qurulmasında uğurlu layihələr icra etməsini İranın başucalığı adlandıraraq deyib ki, azəri tərəfinin məhz elan etməsi və layihələri təqdim təqdim etməsi ilə Ərdəbil əyalətinin şirkətləri və qrupları Qarabağın bərpası üçün ezam ediləcək.
O, həmçinin bildirib ki, Azərbaycan Respublikasının prioriteti Qarabağda infrastrukturların salınması və inkişaf etdirilməsidir. Sonrakı mərhələdə şəhər və kəndlərdə kənd təsərrüfatı və iqtisadi sahələrdə bərpa işləri nəzərdə tutulur. Ona görə də İran şirkətləri özlərini bu vəziyyətə hazır etməlidir.
Ə. Behnamcu cari ildə koronavirus vəziyyətinə baxmayaraq, Ərdəbil əyalətindən Azərbaycan Respublikasına ixrac olunan qeyri-neft məhsuallarının artdığını vurğulayaraq deyib: “Bu il Ərdəbil əyalətindən 160 milyon dollar dəyərində mal ixrac olub. İstehsalın artırılması və ixracat bölmələrinin işə salınması ilə gələn ilədək bu rəqəm 300 milyon dollara çatacaq.”
Vali Ərdəbilin şimalında sərhəd sənaye qəsəbəsi və yük terminalının tikintisinin sürətlənməsini də istəyərək deyib: “Lazım olan torpaq sahəsi təmin edildiyi surətdə yaxın gələcəkdə İran sərhəd sənaye qəsəbəsi və yük terminalını tikməyə hazırdır. Azərbaycan tərəfi də bu işdə hazır olduğunu bildirməlidir ki, işlər sürətlə izlənilsin.”
Görüşdə iştirak edən Ərdəbil valisinin iqtisadi məsələlər üzrə müavini Ərjəng Əzizi Qarabağda 24 min hektar meşənin məhv olmasına və Azərbaycan Respublikasının bu meşələri bərpa etmək niyyətində olmasına toxunaraq deyib: “Ərdəbil əyaləti ting istehsalı və meşələrin bərpa edilməsində yüksək potensiala sahibdir. Əgər azəri tərəfi necə bərpa etmək və hansı növ ting istədiyini bildirsə, Ərdəbil şirkətləri bu sahəyə daxil olmağa hazırdır.”
Ağdam, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa, Laçın, Kəlbəcər, Xankəndi, Xocalı və Xocavənd şəhərləri olmaqla 30 il Ermənistanın işğalı altında qalımış Qarabağ bölgəsi və Azərbaycan Respublikası torpaqlarının əsas hissələri 44 günlük müharibədə işğaldan azad edilmişdir.
Ermənistan və Azərbaycan arasında Qarabağ müharibəsi 27 sentyabrda başladı və 44 gün çəkdi.