İslam dövlət sisteminin qarşısında cəbhə yaradanlar İranın elmi qüdrətinin qarşısını almaq istəyirlər

İran İslam İnqilabının rəhbəri, İranın Ali Baş Komandanı və Şiələrin Ali Dini Lideri Həzrət Ayətullah Üzma İmam Seyid Əli Xamenei ötən gün (9 oktyabr) İran universitetlərinin mindən artıq seçilmiş istedadlı gənci ilə görüşdə İranın gənc istedadlarını gələcək inkişafın memarları adlandırıblar.
İran İslam İnqilabının Rəhbəri Ayətullahülüzma Xamenei ötən gün İran universitetlərinin mindən artıq seçilmiş istedadlı gənci ilə görüşdə sürətli elmi inkişaf siyasətini İslam Quruluşunun əsas siyasətlərindən adlandırıb və deyib: “İranın mütəfəkkirlər elmi heyəti bu nəticəyə gəlib ki, çətinliklər, təhlükələr və problemlərin öhdəsindən gəlmək üçün zəruri olan bir neçə ünsürdən biri də elmi inkişafdır.
İslam İnqilabı Asiyanın Qərbində yeni bir qüdrətin zühur etməsi deməkdir və bu yeni qüdrət son dərəcə həssas mövqeyə və zəngin sərvətə malik olan bu məntəqəni Qərbin istilasından uzaqlaşdıra və qərbi elm və texnologiya baxımından problemlər ilə üzləşdirə bilər”.
İnqilab Rəhbəri İranın malik olduğu yüksək potensiallar və geniş imkanlara işarə edərək, deyib: İranlı istedadların bacarıqları elə bir səviyyədədir ki, ölkədə lazımi bazası və infrastrukturu mövcud olan bütün elm və texnologiya sahəsində istənilən hədəfə nail olmağa qadirdir və gənc iranlı istedadlar ölkəni və xalqı hər baxımdan inkişafın zirvəsinə aparmağa qadirdirlər.
İnqilab Rəhbəri daha sonra deyib: Bütün siyasi, iqtisadi, regional və beynəlxalq hadisələrin analiz edilməsində reallığa əsaslanan bu makro baxış diqqət mərkəzində saxlanılmalıdır ki, dünyada elə bir güclü cəbhə mövcuddur ki, İslami İranın müxtəlif sahələrdə o cümlədən elm və texnologiyalar sahəsində inkişaf etməsini və güclü bir dövlətə çevrilməsini istəmir.
İslam İnqilabının Rəhbəri bəzi ABŞ və Qərb yazarları və mütəfəkkirlərinin İslam İnqilabının əvvəllərində qələmə aldıqları məqalələrə işarə edərək, deyib: Bu məqalələrdə Qərbin siyasi qurumlarına xəbərdarlıq edilir ki, İran İslam İnqilabı sırf bir hakimiyyətin digərinə dəyişməsi mənasında deyil. Bəlkə, İslam İnqilabı Asiyanın Qərbində yeni bir qüdrətin zühur etməsi deməkdir və bu yeni qüdrət son dərəcə həssas mövqeyə və zəngin sərvətə malik olan bu məntəqəni Qərbin istilasından uzaqlaşdıra və qərbi elm və texnologiya baxımından problemlər ilə üzləşdirə bilər.
O daha sonra vurğulayıb: İslam İnqilabının qələbə çalmasından təqribən 3 onilliyin keçməsi ilə indi qərblilər və amerikalıların kabusu gerçəkləşib və yeni bir milli və regional qüdrət zühur edib ki, heç bir siyasi, iqtisadi və təhlükəsizlik təzyiqləri və media təbliğatı bu qüdrətə xələl gətirə bilməyib. Əksinə, bu qüdrət region xalqlarının oyanışında və müsəlmanların öz həqiqi kimliyini yenidən tapmasında təsirli rola malik olub.
İslam İnqilabının Rəhbəri ötən 2 ildə Yaxın Şərq və Afrikanın şimalında cərəyan edən son dərəcə önəmli hadisələrə işarə edərək, Qərb və Amerikanın bu hadisələr qarşısındakı reaksiyalarını dəyərləndiriblər: Xalqların oyanması və onların yalın əl ilə Qərb və Amerikanın təhqiramiz rəftarları qarşısında dayanması, böyük bir hadisə idi ki, əlbəttə qərblilərin təsəvvürlərinin əksinə olaraq, hələ də başa çatmayıb.
Ayətullahülüzma Xamenei əlavə edib: Bu hadisələr tarixi bir dönüş idi ki, region onu təcrübə etməkdədir və onun taleyi hələ yekunlaşmayıb və qərblilər bu məsələdən nigarandırlar.
İnqilab Rəhbəri sonda vurğulayıb: Bu mühüm hadisələr İslam İnqilabının bərəkəti sayəsindədir. Belə ki, İslam İnqilabı elə ilk andan milli, dərin, mömin, qalıcı, istedadlı və daim aliliyə doğru yüksələn bir quruluşun müjdəsini vermişdi.
iqna