ArxivIslamSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Əllamə Həsənzadə Amulinin vəfatı ilə bağlı başsağlığı verib

Qafqaz.ir “LEADER”ə istinadən xəbər verir ki, İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Seyyid Əli Xamenei Rəbbani və müvəhhid alim Əllamə Həsənzadə Amulinin vəfatı ilə bağlı başsağlığı verib.

İslam İnqilabı Rəhbərinin mesajının mətni belədir:

“Bismillahir-Rəhmanir-Rəhim.

Təəssüflə Rəbbani və müvəhhid alim Əllamə Həsənzadə Amulinin vəfat xəbərini aldım. O, alim və müxtəlif fənnlər sahibi olan nadir və şanlı şəxsiyyətlərdən idi. Hər dövrdə onlardan bir neçə nümunə tanışların gözlərini və qəlblərini oxşayır. Həm də onların biliklərinə, ağıllarına və qəlblərinə fayda verir. Bu nəcib insanın yazıları elmsevərlər və lətif insanlar üçün zəngin bir qaynaq olub və olacaqdır inşAllah.

Bütün dostlarına, tələbələrinə və sevənlərinə, xüsusən də Amulun inanclı və inqilabçı xalqına və mərhumun inqilabi mövqelərinə və yüksək insani yaradıcılığına heyran olan coşğulu gəncliyə başsağlığı verirəm. Mütəal Allahdan o mərhuma rəhmət, məğfirət və uca məqam istəyirəm.

Seyyid Əli Xamenei

26 Sentyabr 2021”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button