ArxivXəbər lentiXəbərlər

İslam İnqilabının Böyük Rəhbəri: İranla müharibəyə daxil olsalar, neçə qat zərbə alacaqlar

Amerikanın ayağı regiondan kəsiləcək.
İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah əl-üzma Xamenei bu gün (bazar ertəsi) səhər saatlarında Əmək və Zəhmətkeşlər Günü münasibətilə minlərlə fəhlə və sahibkarla görüşüb. Ali Məqamlı Rəhbər çıxışında düşmənin İslam İnqilabı ilə mübarizə üçün əsas planını iqtisadi müharibə oldduğunu vurğulayaraq bu müharibədə qalib olmağın yolunu daxili məhsulları dəstəkləmək, daxili güc və potensiallara arxalanmaq, yadların əlinə göz dikməməkdə görüb, habelə dövlətə müraciət edərək sahibkarların və fəhlələrin qarşısında dayanan problemləri həll etməsini, daxili istehsalın qabiliyyətini artırmasını, daxili məhsulları almaq üçün ciddi iradə göstərməsini istəyib.
İslam İnqilabının Rəhbəri Amerikanın regionda iştirakı üzündən məntəqədə yaranan müharibə, qarışıqlıq və qan tökülməsinə işarə edərək deyib: “Qərbi Asiya regionundan çıxmalı olan İran İslam Respublikası deyil, Amerikadır. Neçə il bundan əvvəl dediyim kimi “vur, qaç” dövrü artıq bitmişdir.
Həzrət Ayətullah əl-üzma Xamenei daxili məhsulun dəstəklənməsinin nəticələrindən birini işsizlikdən yaranan ictimai, əxlaqi və əmin-amanlıq fəsadlarının qarşısının alınması bilərək deyib: “İran məhsulunu dəstəkləmək düşmənin iqtisadi planları ilə mübarizə aparmaq üçün ən yaxşı yoldur. Çünki düşmən başa düşmüşdür ki, bərk və hərbi müharibə ilə heç bir nəticə əldə edə bilməyəcək.”
Ali Məqamlı Rəhbər əlavə edib: “Mən neçə il bundan əvvəl Amerikanın indiki bədəxlaq və həcvlə danışan prezidenti kimi başqa birisi prezident olduğu dövrdə dedim ki, artıq “vurub qaçdı” dövrü başa çatmışdır. Onlar bilirlər ki, əgər İranla hərbi qarşıdurmaya daxil olsalar, özləri neçə qat zərbə alacaqlar.”
İslam İnqilabının Böyük Rəhbəri xatırladıb: “Onlar öz güclərini iqtisadi və mədəni müharibəyə yöndəldiblər. İslam Respublikası ilə iqtisadi müharibə otağı Amerikanın Maliyyə Nazirliyidir.”
Həzrət Ayətullah əl-üzma Xamenei çıxışının davamında iqtisadi müharibə ilə mübarizə yolunun daxili güc və qabiliyyətlərə arxalanmaqda olmasına təkid edərək deyib: “Mən dünya ilə əlaqələrin kəsilməsinin tərəfdarı deyiləm, amma xaricə arxalanmaq da yanlışlıq içində yanlışlıqdır. Biz mütləq ayıq-sayıqlıq, zirənglik və ciddiyyətlə dünya ilə əlaqə yaratmalıyıq. Lakin bunu da bilməliyik ki, dünya təkcə Amerika və bir neçə Avropa ölkəsindən ibarət deyil. Dünya böyükdür və müxtəlif ölkələrlə münasibət qurmaq lazımdır.
Dünya ölkələri ilə münasibətlər yaratmaq xarici ünsürlərə göz dikmək mənasına deyil. Üstəlik, daxili gücümüzə göz dikmək lazımdır.
Xalq, dövlət məsullarının problemləri daxili potensiallara arxalanaraq həll etmək istədiyinə israrlı olduğunu gördükdə, dözüm göstərəcək. ona görə də dövlət məsulları xaricə arxalanmamağa diqqət yetirməlidir.”
İnbilabın Böyük Rəhbəri Amerikanın azadlıqsevər və müstəqil İran İslam Respublikası ilə digər bir müqabilə yolunun regionda bəzi ağıldan zəif dövlətləri İrana qarşı təhrik etmək, region daxilində ixtilaf və qarşıdurma yaratmaq olduğunu bildirərək deyib: “Amerikalılar təlaş edirlər ki, səudiyyəliləri və regionun bəzi ölkələrini İslam Respublikası əleyhinə təhrik etsinlər. Amma onlar ağıllı olsalar, Amerikaya aldanmazlar.”
Amerikanın İslam Respublikası və İranın iqtidarlı xalqı ilə qarşıdurmanın xərcini regiondakı bəzi dövlətlərə ödətdirməyə çalışdığını bildirən Rəhbər deyib: “Regionun bəzi ölkələri bilsinlər ki, əgər İran İslam Respublikası ilə üz-üzə gəlsələr, mütləq zərbə alacaq və məğlub olacaqlar.
Bəzi ölkələr Amerikanın məkrinə uymasınlar, İranla qarşılaşsalar məğlub olacaqlar.”
Ali Məqamlı Rəhbər Qərbi Asiyada qarışıqlıq, müharibə və qarşıdurmanın Amerikanın regionda iştirakı üzündən yarandığına təkid edərək deyib: “Ona görə də Amerikanın ayağı bu regiondan kəsilməlidir.”
Dünya Müsəlmanlarının Rəhbəri vurğulayıb: “Regiondan çıxmalı olan İran İslam Respublikası yox, Amerikadır. Biz buranın əhalisiyik, Fars körfəzi və Qərbi Asiya bizim evimizdir. Amma siz yadsınız və öz xəbis məqsədlərinizə çatmaq üçün fitnəsiniz.
Bilin ki, Amerika və onun kimi bəzi ölkələrin ayaqları regiondan kəsiləcək.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button