Islam

İslam İnqilabının Böyük Rəhbəri Qum əhalisi ilə görüşdə mühüm bəyanat veriblər + foto

İslam İnqilabının Böyük Rəhbəri Amerikanı dünyada insan haqlarının ən böyük pozucusu adlandırıblar.

Həzrət Ayətullahülüzma Xamenei bu gün cümə axşamı 19 dey 1356-cı hicri şəmsi ili (9 yanvar 1978) qiyamının 36-cı ildönümü münasibətilə Qum əhalisinin müxtəlif təbəqələrindən olan minlərlə nəfər ilə görüşdə ABŞ rəsmiləri, siyasi dairələri və mətbuatının İslam Quruluşu və İran xalqı əleyhinə düşməncəsinə çıxışlarına o cümlədən onların insan haqları barəsindəki iddialarına işarə edərək, deyib: İnsan  haqları barəsində hər kəs danışsa da, Amerikalıların danışmağa haqqı yoxdur. Çünki, ABŞ dövləti dünyada insan haqlarının ən böyük pozucusudur.
İslam İnqilabının Böyük Rəhbəri ABŞ-ın işğalçı sionist rejimi və bu rejimin Fələstin xalqına o cümlədən Qəzzə sakinlərinə qarşı cinayətlərini, onlara ərzaq məhsulları və tibbi ləvazimatın çatdırılmasına mane olmasını himayə etməsinə işarə edərək, deyib: Bütün bunlar onlar tərəfindən cinayət və insan haqlarının pozulması deməkdir.
Həzrət Ayətullahülüzma Xamanei ABŞ prezidentinin seçkiöncəsi təbliğatı zamanı Quantanamo zindanının bağlanması haqda verdiyi vədi və 5 ilin keçməsinə rəğmən bu vədin gerçəkləşməməsini xatırladaraq deyiblər: ABŞ-ın pilotsuz təyyarələrinin Pakistan və Əfqanıstan xalqlarını hədəfə alması, onların dünyada hələ bilinməyən müxtəlif növlü cinayət metodları və minlərlə digər cinayətləri ABŞ-ın anti-bəşər mahiyyətini tam aşkar surətdə ortaya qoyur.
İslam İnqilabının Böyük Rəhbəri daha sonra İranın Amerika və bir çox Qərb dövlətlərinin insan haqlarını pozduğuna və onların bu cinayətlərə görə dünya qarşısında cavab verməli olduqlarına inandığını bildiriblər.
Həzrət Ayətullahülüzma Xamenei həmçinin, nüvə müzakirələri barədə deyiblər: İranın Qərb ilə müzakirəsi sanksiyalara görə deyil. İran İslam Respublikası öz məsləhətini əsas götürərək, nə zaman lazım bilərsə müzakirə edəcək və son müzakirələrdə də bir daha ABŞ-ın İran və İslam ilə düşmənçiliyi habelə, Amerikanın İran qarşısındakı acizliyi bütün dünyaya aydın oldu.
İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar: Biz bundan öncə də bildirmişdik ki, İran İslam Respublikası quruluşu məsləhət bildiyi müəyyən mövzularda bu şeytan(Amerika) ilə onun şərindən xilas olmaq və problemi aradan qaldırmaq üçün, müzakirə edəcək.
Həzrət Ayətullahülüzma Xamenei keçmişə ibrət gözü ilə baxıb, onun güclü və zəif nöqtələrindən dərs almağın zəruriliyinə işarə edərək, xatırladıblar: Heç kəs belə bir yanlış düşüncəyə qapılmamalıdır ki, İran İslam İnqilabının düşmənləri bu gün öz düşmənçiliklərindən əl çəkiblər. Çünki, hər bir düşmən geri çəkilməyə məcbur ola bilər. Amma, düşmənin təbəssümünü ciddi qəbul edib, ona aldanmaq olmaz.
İslam İnqilabının Böyük Rəhbəri həmçinin, 19 dey 1356-cı il hadisəsinin mühüm cəhətlərindən birini ən çətin şəraitdə bəsirətə malik olan möhkəm iman əsasında hərəkətə keçmək adlandırıb və deyiblər: Bu hadisənin ən mühüm dərsi problemlərin öhdəsindən möhkəm iman və bəsirət ilə gəlmək və düşmənin düşmənçiliyini unutmamaq, yerli imkanlara və potensiallara arxalanmaq və xaricə göz dikməməkdir.

 Tehran Radiosu

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button