İslam inqilabının böyük rəhbəri: Xalqların islami quruluşu himayəsi Amerikanı əsəbiləşdirib

İslam inqilabının böyük rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei bildiriblər: Dünyanın zalım qüvvələri və beynəlxalq istibdadla eləcə də küfr əhlinin üstünlük mahiyyəti ilə mübarizə islami quruluşun qəti xüsusiyyətidir.
Həzrət Ayətullahül-üzma Xamenei bu gün Xobreqan Məclisinin sədri və üzvləri ilə görüşündə bu məclisin müstəsna, sono dərəcə önəmli və bu gün və gələcək üçün təsirli qurum olduğunu bildiriblər.
İslam inqilabının böyük rəhbəri ölkənin super güclərə asılılıqdan xilası və onların su-istifadə yollarının bağlanmasının, İranda əsl Məhəmməd(s.ə) islamının tədrici reallaşması prossesinin nəticələrindən olduğunu bildirərək deyiblər: ABŞ və sionist rejimin düşmənçiliyi kəskin və əməlidir amma bəziləri öz mənafelərini nəzərə alaraq bu düşmənçiliyi dildə və əməldə çox da göstərmirlər.
Həzrət Ayətullahül-üzma Xamenei güclü iqtisadi təzyiqlər və səssiz amma geniş mədəni hücumun düşmən cəbhəsinin əsas planları olduğunu bildirərək xatırladıblar: Onların əsas məqsədi xalqı islami quruluşdan məyus etməkdir.
O həzrət güclü, hücum xarakterli və məntiqli qarşılaşmanın dünyanın zalım qüvvələri cəbhəsinin məkirli planlarının zərərsizləşdirilməsinin əsas yolu olduğunu bildirərək vurğulayıblar: Bütün sahələrdə o cümlədən insan haqları, terrorizm və hərbi cinayət sahələrində qərb qarşısında hücum mövqeyində olmaq lazımdır.
Həzrət Ayətullahül-üzma Xamenei həmçinin Amerikanın İran seçkiləri barədə son tənqidlərinə toxunaraq deyiblər: Regionun ən çirkin və anti-bəşəri rejimləri ilə əməkdaşlıq edən və bu böyük rüsvayçılığı son seçkilərində nümayiş etdirən Amerikanlar İran xalqının seçkilərini tənqid atəşinə tuturlar.
İslam inqilabının böyük rəhbəri İran İslam Respublikasının dünyada xüsusiylə Asiyanın qərbində strateji və geniş nüfuzunun islam inqilabının qələbəsindən sonrakı dövrün ən önəmli nailiyyəti olduğunu bildirərək xatırladıblar: İranın gün-gündən artan nüfuzu və xalqların islami quruluşa dəstəyi amerikalıları əsəbiləşdirib.
Xobreqan Məclisinin sədri və üzvləri bu gün bu məclisin 5-ci dövrünün 2-ci iclasının sonunda İslam inqilabının böyük rəhbəri ilə görüşüblər.