ArxivIslamXəbər lentiXəbərlər
Lüksemburq məhkəməsindən ABŞ-ın İran tələbinə RƏDD

“Farsnews” müxbirinin Lüksemburqdan bildirdiyinə görə, məhkəmə ABŞ rəhbərliyinin İranı 11 sentyabr 2001-ci il hücumlarına qarışdığı əsası ilə əmlakını ələ keçirmə tələbini rədd edib.
Bundan əvvəl ABŞ-da bir məhkəmə İran İslam Respublikasını Səudiyyə terrorçularının həyata keçirdiyi 11 Sentyabr terror aktlarında rolu olmaqda ittiham edərək, hadisədən zərər çəkənlərə İranın başqa ölkələrdəki əmlakından təzminat ödənməsini istəmişdi.
Lüksemburq məhkəməsi isə ABŞ-ın bu tələbinin beynəlxalq hüquqa və qanunlara zidd olduğunu bildirərək tələbi rədd edib.