ArxivXəbər lentiXəbərlər
İslamçı məhbus Röyal Əsgərov azadlığa buraxıldı (Foto)

İslamçı məhbus bu gün (03.06.2016) 16 saylı CÇM-dən azadlığa çıxıb
2013-cü ilin Aprel ayında həbs edilən Röyal Əsgərov bu gün azadlığa buraxılıb. Səbail Rayon Məhkəməsi Bəxtiyar Qurbanov və Röyal Qurbanova 4 il 6 ay müddətinə həbs qərarı çıxarmışdı.
İslamazeri.az xəbər verir ki, Penitensiar xidmətin 16 saylı CÇM-də keçirilən daxili məhkəmə Röyal Əsgərovun həbs müddətinin qalan hissəsini məntəqə tipli cəza çəkmə müəssisəsində çəkməsinə göstəriş verib. İslamçı məhbus bu gün (03.06.2016) 16 saylı CÇM-dən azadlığa çıxıb. Məhbusu ailəsi, yaxınları və dostları qarşılayıb.
Xatırladaq ki, mart ayının 17-sində Röyal Əsgərovla birlikdə həbs olunan Bəxtiyar Qurbanov azadlığa çıxmışdı.