ArxivXəbər lentiXəbərlər

“İslamda multikulturalizm” mövzusunda konfrans keçirilib

İranın Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət mərkəzində bir qrup mütəfəkkir Din və Multikulturalizm adı altında iclas keçirib.

IRIB-nin Bakı müxbirinin məlumatına görə, bu iclasda İranın Azərbaycan Respublikasındakı səfirliyinin mədəniyyət attaşesi Seyid İbrahim İbrahimi öz çıxışında Quranın mültikulturallığı və tolerantlığını şərh edərək, deyib: Hərçənd bu gün multikulturallıq və tolerantlıq sözləri Qərbdə də irəli sürülür, lakin bu terminlərin kökü Şərqdədir və Müqəddəs Allah Quranda buyurur: İnsanları müxtəlif rənglər, dillər və qövmlərdə yaratdıq ki, bir-birilərini tanısınlar və onlar təqvadan başqa bir-birindən heç bir üstünlüyə malik deyillər.

O, İslam-ı sülh və təhlükəsizlik dini adlandıraraq, əlavə edib: Zorakılıqla mübarizə üçün ən yaxşı yol, əsl İslamı tanımaqdır.

İclasın davamında iştirakçılardan bir neçəsi İslamın Azərbaycan Respublikasında multikulturalizmin inkişafındakı rolu, İslam və multikulturallıq və dini tolerantlıq sahələrində çıxışlar edib.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button