ArxivIslammədəniyyatŞəxsiyyətlərSONXƏBƏRLƏRXəbər lentiXəbərlər

İslami quruluş regionun təhlükəsizliyini artırıb

Tehranın cümə namazı xitabətçisi deyib ki, İranın islami quruluşu regionda təhlükəsizlik səviyyəsini mənalı surətdə yüksəldə bilib.

Məhəmməd Həsən Əbu-Turabifərd Tehranın cümə namazı xütbələrində sonra belə qeyd edib: Amerika ilə sionist rejimin Qərbi Asiya bölgəsində səbatsızlıq amilləri olduqları bir şəraitdə islami quruluş regionda təhlükəsizlik səviyyəsini mənalı surətdə yüksəldə və nəinki İrana, həm də İslam dünyasına qüdrət yaratmaq üçün yol aça bilibdir.

Şəhid general-leytenant Qasım Süleymaninin region və dünyanın təhlükəsizliyinin təmini sahəsindəki rolunu qeyd edən Əbu-Turabifərd əlavə edib: General-leytenant Süleymani və onun silahdaşları İŞİD-lə mübarizədə İran xalqı, region, hətta Avropa və dünya üçün təhlükəsizlik yaratdılar.

Tehranın cümə namazı xitabətçisi qüdrətlə yanaşı olan hökmranlıq üçün müdafiə sisteminin kənarında maliyyə sisteminin təmin edilməsinin önəmini vurğulayıb. Bildirib ki, sabit və mötəbər maliyyə mənbələri, həmçinin təhlükəsizlik zirvələrinə nail olmadan cəmiyyətin səadətə doğru hərəkətinə yolu açmaq mümkün deyildir.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button