AktualAktualArxivIslammədəniyyatQarabağSONXƏBƏRLƏRSosialXəbər lentiXəbərlər

İslami Şura Məclisi rəyasət heyətinin üzvü: İran Azərbaycanla birlikdə işğaldan azad edilmiş ərazilərdə bərpa işləri aparmağa hazırdır

İran İslami Şura Məclisinin rəyasət heyətinin üzvü bildirib ki, Azərbaycan işğaldan azad edilmiş bölgələrin bərpa edilməsində İrana güvənə bilər və İran Azərbaycan xalqı ilə birlikdə Qarabağda azad edilmiş şəhərlərin yenidən qurulmasında iştirak etməyə hazırdır.

Qafqaz Həqiqətləri xəbər verir ki, Ruhullah Mütəfəkkirazad cümə günü “İRNA” müxbirinə verdiyi açıqlamada İran və Azərbaycan Respublikası xalqlarının mədəni, etnik və dini ortaqlıqlarına toxunaraq deyib: “İranın qonşularla münasibətləri konstruktiv yanaşma üzəridədir. Xüsusilə də mədəni ortaqlıqları olan ölkələrə qarşı bu yanaşma daha çox əhəmiyyət daşıyır və İslam Respublikası həmişə çətin şəraitdə onlara kömək etməyə səy göstərmişdir.”

Təbriz, Azərşəhr və Üskü əhalisinin İslami Şura Məclisində təmsilçisi bütün qonşu ölkələrin, əsasən də Ermənistan və Azərbaycanın iki ölkə arasında atəşkəsin davamlı olmasına təlaş etmələrinin vacibliyinə təkid edərək deyib: “İslam Respublikası Azərbaycan Respublikası xalqı ilə birlikdə işğaldan azad edilmiş bölgələrin bərpası işlərində birgə çalışmağa hazırdır və Bakı hər vaxt köməyə ehtiyac duyarsa, İrana güvənə bilər.”

Millət vəkili əlavə edib: “İran şirkətləri inşaat, ticarət, kənd təsərrüfatı, telekommunikasiya və digər sahələrdə yaxşı təcrübəyə, habelə texnologiyaya malikdir və azad edilmiş Qarabağ ərazilərində yenidənqurma işlərinin sürətləndirilməsində təsirli ola bilər.”

İslami Şura Məclisinin rəyasət heyətinin üzvü iqtisadi, ticarət və digər bütün sahələrdə Azərbaycan Respublikası ilə əməkdaşlığa yaxşı baxdıqlarını vurğulayaraq deyib: “Əməkdaşlıqların güclənməsi paralel və hərtərəfli olmalıdır. Hökumət də iqtisadi diplomatiya sahəsində ciddi səy göstərməlidir, İran şirkətləri və özəl sektorlarının itirakı üçün zəminə yaratmalıdır.”

Mütəfəkkirazad vurğulayıb ki, ötən 30 ildə İran İslam Respublikası Ermənistanın işğal etdiyi sərhədləri rəsmi olaraq tanımamışdır, həmin bölgələrdə ticarət, iqtisadi və sənaye fəaliyyətlərini dayandırmışdır. Məsələn bu bölgədə tikilmiş su anbarı istifadəsiz qalmışdır. Qarabağ işğalda olduğundan onunla sərhəd bölgələrdəki potensialların istifadəsi dayandırılmışdır. O əlavə edib: “Bu ərazilərin Azərbaycan Respublikasına qayıtması ilə İran və Azərbaycan tərəfinin xeyrinə olaraq fəaliyyətləri yenidən başlamaq olar.”

Məclisin Təlim və Təhqiqat komissiyasının üzvü Araz çayının hər iki sahilinin sakinlərinin sərhəd ticarət mübadiləsi vasitəsilə bu bölgələrdə kənd təsərrüfatı, sənaye və iqtisadiyyatın rövnəqlənməsindən faydalana bilmələrinin vacibliyni bildirib. “Əgər bu sahədə qanun boşluğu varsa, Məclis onun islah olmasına kömək etməyə hazırdır və bu məsələ dövlət tərəfindən layihə şəklində Məclisə təqdim edilməlidir ki, Məclis Tehran-Bakı münasibətlərinin irəliləməsinə kömək etsin. Habelə Xarici İşlər Nazirliyi, Sənaye, Mədən və Ticarət Nazirliyi, İqtisadiyyat Nazirliyi İran və Azərbaycan Respublikası arasınada ikitərəfli razılaşmaların icra edilməsi üçün öz səylərini göstərməlidir”-deyə, millət vəkili qeyd edib.

İran və Azərbaycan Respublikası xalqları və parlamentlərinin bir-birinə daha artıq yaxınlaşması istiqamətində ictimai və parlament diplomatiyasından istifadə etməyin lüzumunu vurğulayan millət vəkili deyib: “Məclis həm münasibətlərin daha da yaxşılaşdırılması, həm də şəraitin yaranması üçün parlament diplomatiyasından faydalanmalıdır. Parlament dostluq qrupları iki ölkə baxışlarını bir-birinə yaxınlaşdırmağa köməkçi ola bilərlər.”

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button