İslamiad yarışlarına sayılı günlər qaldı

Azərbaycan Respublikası müsəlman ölkələrin 4-cü həmrəhlik yarışlarına ev sahibliyi etmək üçün tam hazırdır.
Bu barədə İRİB-in Bakı ofisi məlumat verib.
57 müsəlman ölkənin iştirak edəcəyi islami həmrəylik oyunları mayın 12-22-də 20 idman növündə keçiriləcək.
Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov ölkəsinin islam həmrəyliyi yarışlarının keçirilməsi üçün tam hazır olduğunu bildirərək deyib: Bu yarışlarda 4 minə yaxın icmançı iştirak edəcək və bu məqsədlə 22 idman zalı nəzərdə tutulub, bunlardan on altısı idmançıların rəqabətləri, altısı isə başqa ehtiyaclar üçün hazır vəziyyətdədir.
Azad Rəhimov deyib: 57 ölkədən gələn bütün idmançılar idman qəsəbəsində yerləşdiriləcək və onlara yüksək səviyyədə xidmət şəraiti təmin olunub. Eyni zamanda idmançılar üçün namazxanalar da nəzərdə tutulub və yeməklərin halal olmasına tam nəzarət ediləcək.