İslamofob yazarın yeni hədəfi Rusiya müsəlmanları oldu

İslamofob yazar hətta Rusiyaya xəbərdarlıq edib ki, bu gedişlə yaxın gələcəkdə Rusiya ordusunun yarısı müsəlmanlardan ibarət olacaq.
İslam əleydarlarından olan ABŞ-lı yazar Daniel Pipesin bu dəfəki hədəfi Rusiya olub. Belə ki, islamofob Daniel Pipes Rusiyada İslamın inkişafından narahatçılığını ifadə edib.
O, başda müsəlmanlar olmaqla milli və dini azlıqlara hücumları görməzdən gələrək, bir rusun biçaqlanmasını öz məqsədləri üçün qabardıb.
İslamofob yazar hətta Rusiyaya xəbərdarlıq edib ki, bu gedişlə yaxın gələcəkdə Rusiya ordusunun yarısı müsəlmanlardan ibarət olacaq.
D.Pipes İslamın inkişafını Sovetlər Birliyinin dağılmasından daha ağır hal kimi qiymətləndirib.
O, demoqrafiq dalğalanmanın, yəni müsəlmanların çoxalmasının Rusiyanın xarici siyasətinə də təsir edəcəyini qeyd edib.
islamazeri