ArxivIslamXəbər lentiXəbərlər

Amerikalılar hesab edir ki, ABŞ-da 54 milyon müsəlman var

ABŞ əhalisinin 1%-ni müsəlmanlar təşkil edir. Təxminən 3 milyon olan müsəlmanların sayını amerikalılar 54 milyon ətrafında bilir.
Deyerler.org Dunyabulteni-nə istinadən xəbər verir ki, İpsos Mori tərəfindən keçirilən sorğuya əsasən, amerikalılar ölkədə 54 milyon müsəlman yaşadığını düşünür. Bu rəqəm real rəqəmlərə görə, 17 dəfə çoxdur.
PEW keçən il nəşr etdiyi hesabatda ABŞ-dakı müsəlman əhalisinin xüsusiyyətləri belə qeyd olunub: “Ən yaxşı proqnozlarımıza görə, müsəlmanlar ABŞ-ın ümumi əhalisinin sadəcə 1%-dən azını təşkil edir. 2014-cü ildə ingilis və ispan dillərində aparılan araşdırmada, ABŞ əhalisinin sadəcə 9%-nin özünü müsəlman kimi təqdim edib. İngilis diliylə yanaşı, ərəb, fars və urdu dillərində aparılan araşdırmalarda 1.8 milyon gənc və bütün yaşları nəzərə alsaq 2.75 milyon müsəlman var idi. Bu sorğu, eyni zamanda müsəlman əhalisinin 63%-nin qaçqınlardan ibarət olduğunu müəyyən etmişdi. Bizim demoqrafik araşdırmalarımızdakı proqnozlarda – hansı dindən olduğunu söyləmək istəməyən insanlar daxil edilməmişdir. Bu o deməkdir ki, 2050-ci ildə Amerikadakı müsəlman əhalisi 2.1%-lə ölkədəki ən böyük ikinci din olan yəhudiliyi üstələyəcək. Və ABŞ-dakı ən böyük ikinci din qrupa çevriləcək”.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.

Back to top button