“Asiatic Island” adlı yük gəmisi İsrailə silah daşımaq məqsədilə İtaliyanın Livorno limanına yaxınlaşıb.
“L’Unione Sindacale di Base” təşkilatına üzv olan liman işçiləri silahların İsrail işğalı altındakı Aştod limanına aparılacağını öyrəndikdən sonra buna etiraz ediblər. Onlar fələstinlilərə dəstək məqsədilə heç bir gəminin İsrailə silah daşımasına icazə verməyəciklərini bildiriblər.
Bundan sonra yükün “Molo Italia” adlı başqa gəmiyə yüklənəcəyi üzə çıxıb.
Bundan sonra liman işçiləri Fələstinin bombalanmasının bitməsini və fələstinlilərə zülmün başa çatmasını tələb etmək üçün Livorno şəhərində aksiya keçirəcəklərini açıqlayıblar.
Məsələ ilə bağlı daha bir maraqlı məqam da ortaya ifşa olunub. Belə ki, işğalçı İsrailə silah daşımağa çalışan “Asiatic Island” adlı yük gəmisinin türkiyəli iş adamı Nevzat Kalkavana məxsus olduğu müəyyənləşib.
Sinqapur bayrağı altına üzən bu gəminin qeydiyyat sənədlərində sahibinin KALKAVAN olduğu yazılıb.
Gəmi birbaşa İdarə Heyəti sədrinin Nevzat Kalkavan olduğu “Turkon Holding”ə məxsusdur. Bu şirkət isə Türtkiyə Milli Müdafiə Nazirliyinin bir sıra layihərini icra etmək üçün tenderlərin qalibi olub.