Qarabağ barədə vaxtaşırı fikirlər söyləyən, hətta Qarabağ müharibəsi başladığı halda şəxsən qatılacağını bildirən İranın Ərdəbil şəhərinin imam-cüməsi höccətül-islam Seyid Həsən Amili bu il martın əvvəlində Müsavat.com saytına verdiyi müsahibəsində jurnalistin İsraillə bağlı suallarına məntiqli cavabı məni qane etsə də, bəzi məsələlərə özüm də aydınlıq gətirmək istədim. Jurnalist həmkarım bu müsahibədə, 2016-cı ilin aprel döyüşlərində Azərbaycan ordusunun erməni qoşunlarına İsrail silahları ilə sarsıdıcı zərbələr endirməsindən, İsrailin baş nazirinin İrəvandan gəlmiş bir qrup erməni deputatını Azərbaycannın torpaqlarını işğal etdiklərinə görə qınaması və s. məsələlərlə bağlı İsrailin Azərbaycana göstərdiyi koməkdən bəhs edib. ABŞ-la strateji müttəfiq, dost olan İsrailin Azərbaycan nefti və qazından gen-bol yararlanaraq bunun müqabilində etdiyi xidmətlərin çox cüzi olduğunu deyən Seyid Həsən Amilinin açıqlamasında məntiq olduğu ortadadır. Həqiqətən də İsrail Azərbaycana silahları Rusiyanın öz strateji müttəqəfiqi Ermənistana 1 milyard dollarlıq silah-texnikanı pulsuz verdiyi kimi hədiyyə etməyib, başqa ölkələrə satdığı qiymətə verib. Yəni bu məsələdə Seyid Amili təmamilə haqlıdır.
Gəlin bir anlığa 2016-cı il aprelin 1-dən 5-nə qədər Qarabağda cərəyan edən hadisələrə yenidən qayıdaq. Bunu xatırlatmaqla, Müsavat.com saytının müxbirinin İsrailin aprel döyüşlərində Azərbaycana hərbi köməyi barədə sualların Içində söylədiyi fikirlərə aydınlıq gətirmək istəyirəm. Sözdə Azərbaycanı özünə dost, strateji müttəfiq adlandıran İsrail Qarabaqda ölüm-dirim savaşı getdiyi bir vaxtda erməniləri dəstəkləyən addım atdı. Belə ki, döyüşlərin qızgın çağında İsrail parlamentindən bir qrup deputat İrəvana səfər edərək soyqrım abidəsini ziyarət etdi və bununla da işğalçı ölkə ilə həmrəy olduğunu nümayiş etdirdi. Həm də o gərgin günlərdə bu həmrəyliklə kifayətlənmədi. Belə ki, Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Türkiyə telekanalına verdiyi müsahibəsində İsrailə çağırış edərək demişdi:”İsrail Ermənistanı atəşi dayandırmağa və danışıqlara başlamağa çağıra bilər. Biz İsrailə strateji müttəfiq kimi baxırıq və ondan dövlət səviyyəsində şərh gözləyirik.” Ancaq, rəsmi Bakı onu strateji müttəfiq saysa da sionist rejim rəsmi səviyyədə şərh vermədi. Bunu İsrailin “The yerusalem post”qəzeti bir daha təsdiqlədi. Məqalə müəllifi açıq şəkildə yazmışdı ki, İsrail Dağlıq Qarabağ münaqişəsindən təmamilə kənarda durmağa çalışır. İsrailə idxal edilən neftin 65 % -ı Azərbaycandan alınır. Bakı İsrailin enerji təhlükəsizliyinin təmin edilməsində əsas rol oynayır. İldə 3,5 milyard dollar ticarət dövriyyəsi ilə İsrail Azərbaycandan neft sümürür, yerinə isə Azərbaycanı DQ-da istifadə olunmayacaq silahlar anbarına çevirir.
Mirzəağa Məmmədli
Tədqiqatçı jurnalist