Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun Bakıda səfərdə olan işğalçı İsrail rejiminin hərb naziri Yoav Qaklantla görüşdə nümayiş etdirdiyi hərəkət narazılıq doğurub.
Onun nazirlə “baş əyərək” görüşməsi sosial şəbəkə istifadəçiləri arasında birmənalı qarşılanmayıb.
Maraqlıdır ki, sionist nazir Azərbaycan tərəfinin həqarətli hərəkətindən ruhlanaraq paytaxtda gəzintiyə çxmaqla İsrail nümayəndələrinin bu müsəlman ölkəsini su yoluna döndərmələrinə də eyham vurub.
O, Bakının Dənizkənarı Bulvarından paylaşım edərək mənsun olduğu cinayətkar rejimin qalib obrazını göstərməyə çalışıb.
Qallantın bu paylaşımı o deməkdir ki, “biz burada istədiyimizi edirik. Çünki Bakı bizim üçün təhlukəsiz yerdir”.
Yeri gəlmişkən bildirək ki, Azərbaycan müsəlman camiəsində irqçi İsrail rejiminə qarşı böyük nifrətin olduğuna xatir, bu rejimin səfirliyi bir oteldə yerləşir və İsrail xəfiyyəsi tərəfindəbn mühafizə olunur. Sionistlər bu həqiqəti gizlətmək üçün bu günlərdə səfirliyə guya İran agentlərinin terror aktı hazırlamağa çalışdığını iddia ediblər, lakin bu gülünc iddia heç kəsi inandırmayıb. Qeyd olunur ki, sionist rejimin bu uydurması diqqətləri İordan çayının qərb sahili, o cümlədən Cenin şəhərində məzlum Fələstin xalqına qarşı törədilən qətliamdan yayındıtrmağa köklənib.